Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan ordusunun Baş qərargah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Məlumata görə, görüş Ankarada baş tutub. Kərim Vəliyevin rəsmi qarşılanma mərasimindən sonra iki qərargah rəisinin görüşü keçirilib.
11:12 27.06.2025
Oxunuş sayı: 691