İsrail ordusu "Hizbullah"ın iki üzvünü öldürdü

İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, zərbənin məqsədi "Hizbullah" təşkilatının hərbi qanadından iki terrorçunu məhv etmək olub.
İlk zərbə Livanın Baraşit kəndinin kənarında həyata keçirilib və nəticədə elit "Radvan" qüvvələrinin bölmələrindən birinin komandiri məhv edilib. İki saat sonra Beyt Lif kəndi ərazisində "Hizbullah" hərbi birləşmələrinin daha bir terrorçu məhv edilib.
18:44 26.06.2025
Oxunuş sayı: 805