Külək güclənəcək - XƏBƏRDARLIQ

İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.
Crossmedia.az bildirir ki , bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı sarı xəbərdarlıq verilib.
14:50 26.06.2025
Oxunuş sayı: 809