ABŞ-nin planı açıqlandı: "Yaxın Şərq yenidən dizayn edilir"

ABŞ Dövlət Katibi Marko Rubio “Politico” qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ-nin son aviazərbələri nəticəsində İran indi nüvə silahı yaratmaqdan daha da uzaqlaşıb. O, vurğulayıb ki, hazırda İran əvvəlkindən daha çox maddi və texniki olaraq çox daha uzaqdır. Dövlət katibi? həmçinin bildirib ki, bir çox müxtəlif komponentlərə böyük ziyan vurulub və ABŞ Prezidenti Donald Trampın bu mətanətli addımı sayəsində Tehran nüvə silahı yaratmaq baxımından geri qalıb .
Mövzu haqqında Crossmedia.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, bu məsələ bir qədər fərqlidir: "İranın nüvə obyektlərinə zərbələrin endirilməsi əslində müəyyən mənada bəhanə idi. İran ümumilikdə İsrail üçün daha çox təhlükə yaradır. İsrail isə ABŞ-nin ən yaxın müttəfiqidir. Burada əsasən İsrailə qarşı olan təhlükələrin aradan qaldırılması üçün İrana zərbə endirdilər bəhanə kimi də nüvə proqramından istifadə elədilər qarsəbəbdən də əsas məqsəd İsrailə qarşı olan təhlükələri aradan qaldırmaq idi. Nüvə proqramı sadəcə səbəb kimi göstərildi".
Politoloq həmçinin bildirib ki, ABŞ-nin əsas planı Yaxın Şərqi yenidən dizayn etmək və bu bölgədə öz hərbi biznes layihəsinin reallaşdırılması məqsədini güdən bir hərbi əməliyyat idi: "Böyük ehtimalla yaxın zamanlarda Yaxın Şərqdə yeni bir geosiyasi sistemin formalaşdığının əlamətləri görünəcək".
Fidan Qarayeva
11:44 26.06.2025
Oxunuş sayı: 1216