Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşları artıb

Cari ilin iyunun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 91,6 milyon manat olub.
Crossmedia.az Azərbaycan Mərkəzi Bankından verilən məlumata istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 4,4 milyon manat və ya 5,1%, 2024-cü ilin mayın 1-nə olan göstərici ilə müqayisədə isə 8 milyon manat və ya 9,7% çoxdur.
Eyni zamanda 2025-ci ilin iyunun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 663 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 49 min manat, yaxud 8% artım deməkdir.
Qeyd edək ki, bu ilin iyunun 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,063 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 210 milyon manat, yaxud 1,4%, 2024-cü ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 1,4 milyard milyon manat və ya 10,1% çoxdur.
16:34 25.06.2025
Oxunuş sayı: 600