Bakının bəzi ərazilərində qaz olmayacaq
Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 14-də Bakının Binəqədi, Qaradağ və Sabunçu rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan etibarən təmir-quraşdırma işləri başa çatanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki S.Fərziyev küçəsində və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
09:17 14.10.2026
Oxunuş sayı: 55