Azərbaycan və Avstriya parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Azərbaycan və Avstriya parlamentlərarası əməkdaşlığı gücləndirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomatın sözlərinə görə, o, yeni yaradılmış Avstriya-Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Volfqanq Gerstlə görüş keçirib.
"Biz Azərbaycan və Avstriya arasında ikitərəfli dostluq münasibətlərimizin inkişafında mühüm rol oynayan parlamentlərarası əməkdaşlığın gücləndirilməsi yolları barədə dolğun və konstruktiv söhbət apardıq", - R.Sadıqbəyli qeyd edib.
17:49 13.06.2025
Oxunuş sayı: 791