Misr Mərdanov: Elm və təhsil sahəsində əməkdaşlıqda SSRİ modeli tətbiq oluna bilər

Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının
(TÜRKPA) 14-cü plenar iclasında deyilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan
və Türkiyə arasında bir çox ikitərəfli təhsil sazişlərinin imzalanması,
diplomların qarşılıqlı tanınması və ortaq universitetlərin yaradılması bu
sahədə atılan mühüm addımlardır. Bu kimi təşəbbüslər həm də ümumtürk inteqrasiyasının
sürətləndirilməsinə və nəsillərin ümumi dəyərlər əsasında yetişdirilməsinə də
xidmət edir.
Bildirilib ki, hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etmək lazımdır.
Siyasətçinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan keçmiş təhsil naziri Misir Mərdanov bu təklifi alqışlayıb: "Vaxtı ilə Sovet imperiyası dövründə adı çəkilən ölkələr arasında təhsil və elm sahəsində sıx əməkdaşlıq var idi. SSRİ dağılandan sonra bu əlaqələr qırıldı. İndi bu əlaqələrin bərpa olunması, məncə, hər bir dövlətin xeyrinədir. Adı çəkilən ölkələr arasında təhsil və elm sahəsində əməkdaşlığın olunması şəxsən məni sevindirər".
Kənan Novruzov
16:28 13.06.2025
Oxunuş sayı: 1133