Sabir Rüstəmxanlı ilə müsahibə: "Azərbaycan televiziya aparıcılarının səviyyəsini bəyənmirəm" ANONS

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlı Crossmedia.az saytına geniş müsahibə verib.
Müsahibə zamanı o, Azərbaycan mediasının bu günü və mövcud problemləri, Türk Dövlətləri Təşkilatının fəaliyyəti və Mərkəzi Asiyadakı türk dövlətlərinin Yunan Kiprini tanıması məsələləri barədə fikirlərini bölüşüb.
Bundan əlavə, Sabir Rüstəmxanlı öz ədəbi yaradıcılığı və hazırda üzərində işlədiyi əsərlər haqqında da məlumat verib.
Müsahibədən bəzi fikirləri təqdim edirik:
"Yunan Kiprini tanımaq üçün mərkəzi Asiyadakı türk dövlətlərinə bunları vəd etmişdilər..."
"Mən Azərbaycan televiziyası və aparıcılarının səviyyəsini bəyənmirəm".
"Azərbaycanın indiki bütün qəzetlərinin tirajı toplansa mənim 1989-cu ildə nəşr etdirdiyim "Azərbaycan" qəzetinin 10/1 i eləmir".
Geniş müsahibə yaxın günlərdə Crossmedia.az saytında yayımlanacaq.
13:44 13.06.2025
Oxunuş sayı: 1226