Azərbaycanlı parlamentari TÜRKPA-nın Baş katibi seçilib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Astanada keçirilən iclasında azərbaycanlı deputat Ramil Həsən qurumun Baş katibi seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türk dünyasından məsul sədr müavini Kürşad Zorlu ”X”də yazıb.
O, bu münasibətlə R.Həsəni təbrik edib.
Xatırladaq ki, Astanada TÜRKPA Assambleya Şurasının iclası, həmçinin “Türk əsri: Parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclas keçirilib. Təşkilata sədrlik Azərbaycandan Qazaxıstana keçib və Astana Bəyannaməsi qəbul edilib.
21:57 12.06.2025
Oxunuş sayı: 1322