"Bir çox ölkə Azərbaycanla müdafiə sənayesini gücləndirməkdə maraqlıdır" -Ekspert

Azərbaycan bu gün müstəqil daxili və xarici siyasət yürüdən, beynəlxalq arenada fəal iştirak edən nüfuzlu bir aktor kimi çıxış edir. Son 30 il ərzində həyata keçirilən məqsədyönlü strategiya və inkişaf planları nəticəsində ölkəmiz yalnız diplomatik sahədə deyil, eyni zamanda hərbi sahədə əldə etdiyi uğurlarla da beynəlxalq aləmdə söz sahibi olub.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dünya ictimaiyyətinə müasir döyüş texnologiyalarından səmərəli istifadə etməklə aparılan müharibə modelini nümayiş etdirdi. Bu proses çərçivəsində ölkəmiz strateji hədəf planlarının necə qurulmalı olduğunu da nümayə etdirərək, hərbi idarəetmə sahəsində nümunəvi bir yanaşma sərgilədi.
Azərbaycanın Müdafiə sənayesinin əldə etdiyi uğurlar haqqında hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan Ordusunun inkişafı və silahlı qüvvələrin döyüş hazırlığının gücləndirilməsi məqsədilə müdafiə sənayesinə çox böyük önəm verir. Müdafiə Sənayesi Nazirliyinin yaranmasında da əsas məqsəd həm daxili tələbatı öyrənmək, həm də müasir silah sursat texnikasını, dünyanın müxtəlif ölkələrində keçirilən silah-sursat sərgilərində yaxından iştirakdır. Biz də bu sərgini hər il keçiririk. Həmçinin Azərbaycan xeyli sayda dövlətlə müdafiə sənayesi sahəsində ikitərəfli və çoxtərəfli münasibətlər qurub. Bu da Azərbaycan ordusunun döyüş hazırlığının artırılması, müdafiə sənayemizin formalaşması üçün çox böyük rol oyanayır. Son illər biz daha çox qardaş Türkiyə ilə bu sahədə əməkdaşlığımızı genişləndiririk. Lakin Müdafiə sənayesi kompleksilə tək Türkiyə ilə deyil, dünyanın aparıcı ölkələri ilə təkmilləşdirmə və inkişaf əlaqələri qurulub. Xüsusilə son illərdə hərbi sənaye kompleksimiz pilotsuz uçuş aparatları ilə hava texnikaları ilə diqqət cəlb edir. Biz 44 günlük vətən müharibəsi zamanı da yeni və ən son texnologiyalardan istifadə etdik. Keçmiş Varşava müqaviləsi olan ölkələr də Azərbaycanla müdafiə sənayesini gücləndirməkdə maraqlıdır. Bu cür şirkətlərin sayı günü-gündən artır, əməkdaşlıqlar genişlənir. Keçən il Azərbaycanda 5-ci dəfə ADES 2024 Beynəlxalq müdafiə sərgisi keçirildi. O sərgidə biz ən yeni silah-sursat və texnologiyalarımızı dünyaya təqdim edirik".
Ayhan Ağarzayev
16:20 09.06.2025
Oxunuş sayı: 1221