Partiya sədri Crossmedia.az-ın qonağı olub, geniş müsahibə verib

Ədalət Partiyasının yeni seçilmiş sədri Mütəllim Rəhimli Crossmedia.az Analitik İnformasiya Portalının redaksiyasında qonaq olub. O, redaksiya əməkdaşlarına geniş müsahibə verib.
Müsahibə zamanı Mütəllim Rəhimli partiyanın sonuncu qurultayı, həmin tədbirdən sonra nəzərdə tutulan planlardan, iqtidar-müxalifət dialoqununun hazırkı vəziyyətindən və partiyanın gələcək siyasi fəaliyyətindən danışıb.
O, eyni zamanda siyasi proseslər, ictimai rəyin formalaşmasında partiyaların rolu, regional və beynəlxalq miqyasda baş verən geosiyasi dəyişikliklərlə bağlı da saytın əməkdaşlarının suallarını cavablandırıb.
Geniş müsahibə yaxın günlərdə Crossmedia.az saytında yayımlanacaq.
14:08 07.06.2025
Oxunuş sayı: 981