Astanada TÜRKPA-nın 14-cü plenar iclası keçiriləcək

İyunun 11-12-də Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyi ilə TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcəkdir.
Crossmedia.az xəbər verir ki, 14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.
14-cü plenar iclas çərçivəsində, həmçinin Assambleya Şurasının iclası, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclası keçiriləcəkdir.
12:14 06.06.2025
Oxunuş sayı: 816