Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin informasiya naziri Vilyam Kaboqo Gitau ilə digital platformaların istifadəsində əməkdaşlığı müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Şərqi Afrika ölkəsinin nazirliyi
“İnformasiya, kommunikasiya və rəqəmsal iqtisadiyyat naziri hörmətli Vilyam Kaboqo Gitau bu gün nazirliyin mənzil-qərargahında ona nəzakət ziyarəti edən Azərbaycan Respublikasının Keniya Respublikasındakı səfiri Zati-aliləri Sultan Hacıyev ilə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, tərəflər müzakirəsi Bakı və Nayrobi arasında “hökumətlərarası iş axınlarını təkmilləşdirmək üçün rəqəmsal platformalardan istifadə etməkdə əməkdaşlıq imkanlarını araşdırmağa” həsr olunmuşdu.
“Onlar həmçinin Keniyada manual proseslərin azaldılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və nəticədə ictimai xidmət göstərilməsinin təkmilləşdirilməsi üçün səmərəli yollar ətrafında fikir mübadiləsi aparıblar”, – qurumun sosial şəbəkə səhifəsində vurğulanıb.
“Bu, dövlət xidmətlərinin 80 faizini onlayn əlçatan etmək məqsədilə əsas hökumət funksiyalarının rəqəmsallaşdırılması və avtomatlaşdırılmasını vurğulayan Aşağıdan Yuxarı İqtisadi Transformasiya Gündəliyinə (BETA) uyğundur”, – məlumatda qeyd olunub.