Azərbaycanın ev sahibliyi ilə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün proqramı açıqlanıb

Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 2026-cı il iyunun 5-də ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Gününün gündəliyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) "X"səhifəsində paylaşım edilib.
Qeyd olunub ki, 2026-cı ilin mövzusu urbanizasiya və iqlim dəyişikliyi arasındakı həyati əlaqəni vurğulayaraq, Azərbaycanın qlobal ekoloji əməkdaşlığı gücləndirmək və təsirli, inklüziv iqlim fəaliyyətinə dair davamlı öhdəliyini əks etdirəcək.
20:07 05.06.2025
Oxunuş sayı: 1254