Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası keçirilir

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirdə 40-a yaxın ölkədən 150-dən çox nümayəndə iştirak edir.
İclas Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin salamlama nitqi ilə başlayıb.
O qeyd edib ki, Azərbaycan BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvlüyünə namizədliyini irəli sürəcək.
Onun sözlərinə görə, Azərbaycan 2001-ci ildən BMT Turizmin Avropa üzrə Regional Komissiyasının üzvü olaraq öz işini davam etdirir:
"Bu il Azərbaycan namizədliyini 2025-2029-cu illər üçün irəli sürəcək. Son illər Azərbaycan turizm sahəsində ciddi nailiyyətlər əldə edib. Turizm sahəsində təsnifatlar işğaldan azad edilmiş ərazilərə də şamil edilib. Azərbaycan enerji xəritəsində strateji tərəfdaş kimi əhəmiyyət kəsb edir".
O qeyd edib ki, Azərbaycan turistlər üçün Avropa ilə regionu birləşdirir:
"COP29 Azərbaycana gələn turist sayını kəskin artırdı".
10:30 05.06.2025
Oxunuş sayı: 1031