Pedaqoji Universitetin rektoru imtahanların gedişi ilə tanış olub



Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.
Crossmedia.az ADPU-ya istinadən bildirir ki, iyunun 4-də rektor professor Cəfər Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.
Rektor İmtahan Qərargahı və Apellyasiya Komissiyasının işi, eyni zamanda, imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.
ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir və iyulun 4-dək davam edəcək. Sessiyada 9344 bakalavr, 585 magistrant olmaqla ümumilikdə 10 minədək təhsilalanın iştirakı gözlənilir.
16:06 04.06.2025
Oxunuş sayı: 943