Bəzi çaylarda suyun səviyyəsi artıb

Azərbaycan çaylarında sululuq artıb.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 6 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay, Oxçuçayda 4 sm, Quruçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 8 sm, Kür-Surrada isə 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi ötən sutka ilə müqayisədə 14 sm artıb, su sərfi 475 m3/san olmaqla normanın 68%-ni təşkil edir.
09:28 29.05.2025
Oxunuş sayı: 976