İran ABŞ-la mümkün razılaşma xəbərini yalanladı

İran Xarici İşlər Nazirliyi ."Reuters" agentliyinin aktivlərinin dondurulması müqabilində uranın zənginləşdirilməsini bir il müddətinə dayandırmağa hazır olduğu barədə xəbəri təkzib edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai "Uranı zənginləşdirmə İranda güzəştsiz prinsipdir" deyib.
Daha əvvəl "Reuters" mənbələrə istinadən xəbər vermişdi ki, əgər 🇺🇸 ABŞ İranın aktivlərini dondursa və Tehranın uranın mülki məqsədlər üçün təkrar emal hüququnu daha geniş nüvə sazişinə gətirib çıxara biləcək “siyasi razılaşma”nın bir hissəsi kimi tanıyarsa, İran uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər.
"Reuters" həm də qeyd edib ki, əgər Vaşinqton Tehranın şərtlərini qəbul edərsə, “ABŞ ilə siyasi anlaşma yaxın gələcəkdə əldə oluna bilər”.
09:11 29.05.2025
Oxunuş sayı: 1200