Suriya elektrik enerjisi istehsalını ikiqat artırmağı planlaşdırır

Suriya hökuməti ölkənin elektrik enerjisi infrastrukturunu genişləndirmək məqsədilə bir sıra beynəlxalq enerji şirkətləri ilə yeni müqavilələr imzalamağa hazırlaşır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, layihəyə əsasən, elektrik təchizatının həcmi 5 min meqavat artırılacaq ki, bu da mövcud istehsal gücündən təxminən iki dəfə çoxdur.
Müqavilələrin Qətərin UCC Holding, Türkiyənin Kalyon GES Enerji Yatırımları və Cengiz Enerji, eləcə də ABŞ-ın American Power International USA şirkətləri ilə bağlanması planlaşdırılır.
Gözləntilərə görə, reallaşdırılması planlaşdırılan bu layihə ölkənin enerji sektorunda mühüm dönüş nöqtəsi ola bilər.
21:59 28.05.2025
Oxunuş sayı: 1070