Moskva danışıqlara hazırlaşır: Putin və Zelenski görüşə bilər

"Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü mümkündür, lakin bu, yalnız nümayəndə heyətləri arasında əldə olunacaq konkret razılaşmalardan sonra baş tuta bilər".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı Rusiya memorandumunun layihəsi üzərində iş artıq son mərhələyə daxil olub.
Peskov qeyd edib ki, Ukrayna ilə bağlı razılaşdırılmalı olan sənədlərin məzmunu mətbuat vasitəsilə deyil, qapalı şəkildə müzakirə olunmalıdır.
Danışıqların növbəti raundunun yeri isə hər iki tərəfin razılığı ilə müəyyən edilməlidir.
Kremlin sözçüsü həmçinin bildirib ki, Ukrayna ilə müvəqqəti atəşkəsə dair şərtlərin müzakirəsi üçün sənədlər hazırlanır.
20:07 28.05.2025
Oxunuş sayı: 1107