Terrorçu təşkilatlar Suriyada mülki şəxsləri girov götürüb

Terrorçu PKK/YPG təşkilatı Suriyada işğal etdiyi ərazilərdə qanunsuz həbsləri davam etdirir.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, mayın 1-dən 25-dək Rakka və Deyr əz-Zorun çöl bölgələrində aparılan reydlər zamanı aralarında bir qadın və bir humanitar yardım işçisinin də olduğu 47 mülki şəxs saxlanılıb.
Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) məlumatında bildirilir ki, saxlanılan şəxslərin bir qismi PKK/YPG-nin siyasətini tənqid etdiklərinə görə, digərləri isə təşkilatdan ayrılmış keçmiş üzvlərdir və yenidən təslim olmağa məcbur edilir.
SNHR həbslərin beynəlxalq insan haqları normalarının ciddi şəkildə pozulması olduğunu bəyan edib.
Aybəniz Səfərova
19:27 28.05.2025
Oxunuş sayı: 925