Avstriya “Avroviziya-2025”in qalibi oldu

Avstriya təmsilçisi JJ İsveçrənin Bazel şəhərində keçirilən 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.
Crossmedia.az xəbər verir ki, favoritlər arasında yer alan 24 yaşlı JJ (əsl adı Yohannes Pieç) "Wasted Love" adlı emosional balladası həm münsiflər heyətindən, həm də tamaşaçıların rəğbətini qazanaraq, ümumilikdə 436 xalla birinci yeri tutub.
Final mərhələsində ümumi nəticələrə görə, ikinci yerdə İsrail (357 xal), üçüncü yerdə isə Estoniya (356) qərarlaşıb.
04:39 18.05.2025
Oxunuş sayı: 817