Azər Turan: Azərbaycan yazıçıları Nobel mükafatı ala bilmir, çünki...
Ədəbiyyat üzrə Nobel mükafatı dünya ədəbiyyatında ən nüfuzlu beynəlxalq təltiflərdən biri hesab olunur. Mükafat konkret əsərin deyil, Alfred Nobelin vəsiyyətində qeyd olunduğu kimi, ədəbiyyat sahəsində idealist istiqamətdə ən əlamətdar əsəri yaratmış müəllifin yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutur. Laureatın seçilməsi İsveç Akademiyasına həvalə edilib. 2026-cı il üzrə mükafatın qalibi oktyabrın 8-də açıqlanıb və kanadalı şair, esseist və tərcüməçi Enn Karson Nobel mükafatına layiq görülüb. Bu nəticə fonunda Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması, yerli müəlliflərin əsərlərinin xarici dillərə tərcüməsi və dünya ədəbi mühitində daha geniş auditoriyaya çatması məsələləri də aktuallıq qazanır. Bəs Azərbaycanda nə üçün heç bir yazıçıya nobel mükafatı verilməyib? Nobelə layiq yazıçılarımız və əsərlərimiz yoxdurmu?
Crossmedia.az-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Azər Turan bildirib ki, Azərbaycan ədəbiyyatının tarixində Nobel mükafatına layiq görülə biləcək görkəmli sənətkarlar olub:

“Ədəbiyyatımızda Nobel mükafatı təsis olunandan indiyədək Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Vaqif Səmədoğlu kimi şəxslər olubsa, bu, Nobel mükafatına layiq yazıçılarımızın və şairlərimizin mövcud olduğunu göstərir. İndiyədək bu mükafatı ala bilməməyimizin səbəbi isə, ilk növbədə, Nobel mükafatı laureatlarının seçimində daha çox üstünlük verilən siyasi amillərlə bağlıdır”, - deyə Azər Turan qeyd edib.
Nigar Xəlilli
19:00 09.10.2026
Oxunuş sayı: 65