Azərbaycanın buz üstündə rəqs cütlüyü beynəlxalq yarışda bürünc medal qazanıb
Azərbaycanıın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü Qazaxıstandakı beynəlxalq yarışda bürünc medal qazanıb.
Crossmedia.az-a Azərbaycan Qış İdman Növləri Federasiyası xəbər verir ki, onlar Almatı şəhərində keçirilən turnirdə fərqləniblər.
Təmsilçilərimiz ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutublar.
Qeyd edək ki, beynəlxalq yarış oktyabrın 7-dən 11-dək keçirilir.
17:49 09.10.2026
Oxunuş sayı: 51