"Şah Abbas Namə" tamaşası premyeraya hazırlaşır



Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin məşqləri yekunlaşmaq üzrədir.
Crossmedia.az xəbər verir ki, yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanmış “Şah Abbas Namə” tamaşasının yaxın günlərdə təqdim olunacağı gözlənilir.
Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünü əhatə edən ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Tamaşanın yaradıcı heyətində həmçinin quruluşçu rəssam Mustafa Mustafayev, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə və rejissor assistenti Fuad Cavadzadə yer alır.
Dördhissəli tarixi-psixoloji dram janrında təqdim olunacaq səhnə əsərində gənc yaşında taxta çıxan Şah Abbasın ölkə sərhədlərinin genişləndirilməsi, daxili çəkişmələr və saray intriqaları fonunda verdiyi siyasi qərarlar əks olunur.
Tamașada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abușov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadașov, Rəșad Səfərov, Elgün Yahyayev, Anar Səfiyev,
İlham Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli, Səbinə Məmmədzadə, Xalidə Əlməmmədova iştirak edirlər.
“Şah Abbas Namə” tamaşasının premyerası 21 və 22 iyun tarixlərində baş tutacaq.
Ayan Sədi
09:24 15.05.2025
Oxunuş sayı: 779