Türk dünyasının coğrafi səsi

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru, dosent Stara Tarixazərin müəllifi olduğu “Türk dünyası ərazisinin davamlı inkişafının geoekoloji qiymətləndirilməsi” adlı monoqrafiya nəşr olunub.
Crossmedia.az xəbər verir ki, kitab oxucunu türk dünyasının təbiətinə səyahətə aparır.
Nəşrdə müstəqil türk dövlətləri və qurumlarının ərazilərində baş verən coğrafi proseslər, onların yaranma səbəbləri və inkişaf dinamikası elmi əsaslarla izah olunur. Geoekoloji baxımdan bölgənin relyefi, geoloji quruluşu, iqlim şəraiti, hidrogeoloji xüsusiyyətləri, torpaq və bitki örtüyü, təbii landşaftları və ətraf mühitin qorunması kimi mühüm mövzular geniş təhlil edilir.
Monoqrafiya ali məktəb tələbələri, müəllimlər, coğrafiyaçılar, ekoloqlar və ümumilikdə türk dünyasının coğrafi xüsusiyyətlərinə maraq göstərən hər kəs üçün qiymətli elmi mənbədir.
Bu nəşr, eyni zamanda, türk dünyasında davamlı inkişafın elmi əsaslarını ortaya qoyan mühüm araşdırmalardan biri kimi də dəyərləndirilir.
Həmayıl Şükürova
19:20 13.05.2025
Oxunuş sayı: 686