Radomski: "Azərbaycan bizim strateji tərəfdaşımızdır"

Azərbaycan və Polşa arasında tərəfdaşlıq hökumətlərarası iqtisadi komissiyalar vasitəsilə inkişaf edəcək.
Crossmedia.az "Report" istinadən xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı missiyasının rəhbəri Pavel Radomski Polşa Konstitusiyasının qəbulunun növbəti ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Azərbaycan bizim strateji tərəfdaşımızdır. Tərəfdaşlığımızı gücləndirmək üçün iqtisadi komissiyaların iclasları kimi mexanizmlərdən səmərəli istifadə olunur”, - diplomat qeyd edib.
“Çox ümid edirəm ki, yaxın gələcəkdə Bakı ilə Varşava arasında tərəfdaşlıq əlaqələri daha da möhkəmlənəcək”, - Radomski əlavə edib.
O, həmçinin Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunub saxlanacağına əminliyini ifadə edib.
20:10 05.05.2025
Oxunuş sayı: 935