Qəzzada aclıq kritik həddə: “Bəsdir, daha ölüm istəmirik!”

İsrailin iki aydır humanitar yardımın girişinə icazə vermədiyi Qəzzada 2,3 milyon insan aclıqla mübarizə aparır.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, İsrail ordusunun atdığı bombalar səbəbindən Qəzza xarabalığa çevrilib.
Dağıntılar arasında yaşayan uşaqlar "Bizi xilas edin", "Sərhədləri "açın" şüarları ilə dünyaya səslənir.
BMT İsraili humanitar yardımları dərhal bərpa etməyə çağırıb:
"Qəzzada dərmanlar sərhəddə gözləyir, vəziyyət o həddə çatıb ki, insanlar qarşısı alına bilən xəstəliklərdən ölür",- BMT-nin çağırışında qeyd olunub.
Həmçinin 660 min uşağın təhsildən məhrum olduğu, minlərlə ailənin isə qida və təmiz suya möhtac qaldığı bildirilir.
Aybəniz Səfərova
22:44 03.05.2025
Oxunuş sayı: 1033