Ermənistanda çağırışdan yayınma halları artır

Ermənistanda hərbi xidmətə çağırışdan yayınma halları kəskin şəkildə artıb. Məlumata görə, ölkədə çağırışçıların 80%-dən çoxu hərbi xidmətdən yayınır.
Crossmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın hakim partiyasından olan deputat Hayk Sarkisyan bu məsələ ilə bağlı çağırış yaşının 27-dən 37-yə qaldırılmasını təklif edib. O bildirib ki, gənclər müxtəlif yollarla hərbi xidmətdən yayınmağa çalışırlar. Ölkəni tərk edir, vətəndaşlıqdan imtina edir və ya saxta xəstəlik arayışları təqdim edirlər.
Rəsmi statistikaya əsasən, 2020–2024-cü illər ərzində 18 yaşına çatmamış 8721 gənc Ermənistan vətəndaşlığından imtina edib. Eyni dövrdə çağırışçıların böyük əksəriyyəti sağlamlıqla bağlı əsaslarla xidmətə çağırışdan azad olunub və ya möhlət alıb.
Qanunvericiliyə təklif olunan dəyişikliklərin yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Mədinə Cəlilova
21:03 03.05.2025
Oxunuş sayı: 833