Tramp administrasiyasından media qurumlarına maliyyə kəsintisi

ABŞ Prezidenti Donald Tramp, “qərəzli” olduqları iddiası ilə iki ictimai media qurumuna – NPR və PBS-yə ayrılan vəsaitlərin kəsilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb.
Crossmedia.az Ağ Evin yaydığı açıqlamadaya istinadən xəbər verir ki, Trampın imzaladığı fərmanın Milli İctimai Yayım Şirkəti (CPB) vasitəsilə hər il milyonlarla dollar alan NPR və PBS-yə verilən federal fondların, qanunların icazə verdiyi maksimum həddə qədər dayandırılmasını nəzərdə tutduğu bildirilib.
Fərmana əsasən, bütün federal qurumlara NPR və PBS-yə birbaşa və ya dolayısı ilə ayrılan vəsaitlərin dayandırılması və mövcud müqavilələrin yenidən nəzərdən keçirilməsi tapşırılıb.
PBS-nin baş icraçı direktoru (CEO) Paula Kerger ötən ay verdiyi açıqlamada, Trampın bu addımının PBS-nin Amerika xalqına göstərdiyi əsas xidmətləri “pozacağı” barədə xəbərdarlıq etmişdi.
ABŞ Nümayəndələr Palatasında 27 martda keçirilən iclasda, Respublikaçı konqres üzvü Marjori Teylor Qrin ilə NPR və PBS rəhbərləri arasında bu media qurumlarının sol-liberal yönümlü yayım edib-etmədiyinə dair mübahisə yaşanmışdı.
Mədinə Cəlilova
19:23 03.05.2025
Oxunuş sayı: 1100