ABŞ və İsrail razılaşmaya yaxındırlar

ABŞ və İsrail Qəzzada fələstinlilərə humanitar yardımın HƏMAS-ın nəzarəti olmadan çatdırılmasının bərpası barədə razılaşmaya yaxındırlar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, “Yeni mexanizm ehtiyacı olan insanlara dəstək göstərəcək və yardımın HƏMAS kimi terror qrupları tərəfindən yönləndirilməyəcəyinə, qarət edilməyəcəyinə və ya təyinatından kənar istifadə edilməyəcəyinə zəmanət verəcək”, – deyə, mənbələrdən biri bildirib.
16:50 03.05.2025
Oxunuş sayı: 1157