İran ABŞ-dən BMT-yə gileylənib

İranın xarici işlər naziri Abbas Əraqçı, BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı ABŞ-nin mayın 3-də keçirilməsi nəzərdə tutulan danışıqları ləğv etməsindən gileylənib.
Crossmedia.az bu barədə İran mediasına istinadən məlumat verir.
“ABŞ rəsmilərinin ziddiyyətli davranışları və açıqlamaları, sanksiyalar və təhdidlərin davam etdirilməsi ilə yanaşı, Amerikanın diplomatik prosesin irəliləyişinə dair həqiqi iradəsinə inamsızlıq və şübhələr artırıb",- deyə, Əraqçı bildirib.
Söhbət zamanı o, İranın Avropa üçlüyü ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazır olduğunu da vurğulayıb.
16:25 03.05.2025
Oxunuş sayı: 1033