İran prezidentinin oğlu Məsud Pezeşkianın Bakıya səfərindən yazıb

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi 28 aprel tarixli səfər yerli və xarici mediada hələ də müzakirə olunmaqdadır. Xatırladaq ki, Azərbaycanda rəsmi səfəri zamanı Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian hazırda İran Prezident Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində çalışır. O, həmin vəzifəyə ötən ilin noyabrında təyin olunub. Yusif Pezeşkianı bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Mohsen Hacı Mirzayi təyin edib.
O, İranda türk dilində təhsil məsələsinə də toxunub.
İranın Tabnak saytında dərc olunan yazı: "Bacımla otaqda oturmuşduq, iclasın bitməsini gözləyirdik. "Divanlar" adlı bir proqramda mənə uyğun bir türk şeiri axtarırdım. Bir qədər Əliağa Vahid, Saib Təbrizi və Füzulinin şeirləri arasında dolaşdım. "Divanlar" proqramı əhatəlilik baxımından misilsizdir, amma imkanları çox məhduddur.
Diqqətim türk dilində təhsil tələbinə yönəlir. Özümə sual verirəm: əgər böyük türkdilli şairlər olmasaydı, əgər türk musiqisi, mərsiyələri, laylaları, nəğmələri və atalar sözləri olmasaydı bu dilin məktəblərdə öyrədilməsinin nə faydası olardı? Bir dilin canlılığı, o dilin bazasında yaranan əsərlərlə mümkündür.
Fars dilini fars dili üzrə akademiya qoruyub yaymır. Şairlər, yazıçılar, nağılçılar, müğənnilər, aparıcılar, ssenaristlər, rejissorlar, kino sahəsində çalışanlar, akademiklər bu dilin əsl sahibləri və qoruyucularıdır.
Fars dilinin qorunmasını mənfi və məhdudlaşdırıcı üsullarla həyata keçirmək istəyənlər, elə insanları məhdudiyyət tətbiq etməklə doğru yola yönəltmək istəyənlər kimidirlər- yaxud insanları məcburən hicabla gəzdirmək istəyənlər.
Gülməli odur ki, bəzi insanlar geyim azadlığının tərəfdarıdırlar, amma dil azadlığına qarşıdırlar.
Diqqətim müasir dünyanın dəyişikliklərinə yönəlir. On il sonra təhsil necə olacaq? Məktəb nə məna daşıyacaq? Biz o gün harada olacağıq? Bəlkə də yaxın gələcəkdə çərçivəsi dağılacaq bir qapıya baxmaq əvəzinə, üzümüzü yeni imkanlara çevirib yeni üfüqlərə baxmağımız daha yaxşı olar. Əgər dilinizi sevirsinizsə, onu düzgün üsullarla dəstəkləyin: elminiz və sənətiniz var?
Türk dilinin yayılmasına yardımın bir yolu da "Divanlar" kimi proqramların maddi və mənəvi dəstəklənməsidir. Bu proqramın başqa bir taleyi ola bilərdi: ona daha çox imkanlar əlavə etmək — axtarış, yadda saxlamamaq, qeydlər aparmaq, hər bir şeir üçün bəstələnmiş musiqiləri tapmaq və s."
15:00 03.05.2025
Oxunuş sayı: 1065