Pakistan Hindistanla gərginlik fonunda güc nümayiş etdirdi

Pakistan Silahlı Qüvvələri regional gərginliyin davam etdiyi bir vaxtda strateji planlamaya uyğun olaraq genişmiqyaslı hərbi təlimlər həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, təlimlər zamanı müasir silah sistemləri və döyüş bacarıqları nümayiş etdirilib. Mənbələrin bildirdiyinə görə, bu təlimlərin məqsədi istənilən təcavüzə qarşı güclü və qətiyyətli cavab vermək qabiliyyətini göstərməkdir.
Aydan Quliyeva
17:40 02.05.2025
Oxunuş sayı: 784