İran–Amerika danışıqları logistika səbəbindən təxirə salındı

Omanın xarici işlər naziri Bədr əl-Busəidi bildirib ki, İran və ABŞ arasında keçiriləcək danışıqların təxirə salınmasının səbəbi logistik problemlərlə bağlıdır.
Crossmedia.az Oman mətbuatına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai də görüşün təxirə salındığını təsdiqləyib və yeni tarix barədə sonradan məlumat veriləcəyini açıqlayıb.
Bundan əvvəl “Axios” nəşri vəziyyətlə tanış olan üç mənbəyə istinadən xəbər vermişdi ki, mayın 3-də Romada keçirilməsi planlaşdırılan nüvə danışıqlarının dördüncü raundu təxirə salına bilər.
Mədinə Cəlilova
23:28 01.05.2025
Oxunuş sayı: 677