Braziliya pre-COP30-un tarixini açıqlayıb

İqlim konfransının ilkin iclası (pre-COP) oktybrın 13-14-də Braziliyada keçiriləcək.
Crossmedia.az COP30 Təşkilat Komitəsinə istinadən xəbər verir ki, görüşdə nazirlər və əsas iqlim müzakirəçiləri bir araya gələcək.
COP öncəsi ilkin görüşün əsas məqsədi noyabrın 10-dan 21-dək Belemdə keçiriləcək növbəti iqlim konfransının ən mühüm mövzuları üzrə ilkin razılaşmaların əldə edilməsi olacaq.
Oktyabr görüşündə 30-50 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Ənənəvi olaraq COP-a ev sahibliyi edəcək ölkənin əsas tədbirin başlamasına təxminən bir ay qalmış təşkil etdiyi görüş, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) müşahidəçiləri üçün açıq olacaq.
18:30 30.04.2025
Oxunuş sayı: 757