Azərbaycan Özbəkistanda IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb




Azərbaycan Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb.
Bu barədə Crossmedia.az Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalında Azərbaycanı Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağara) ibarət "Şirvan" sazçı folklor qrupu təmsil edib.
Çıxışına ustadnamə ilə başlayan musiqi qrupu dörd aşıq havasını kompozisiya şəklində təqdim edib.
Beynəlxalq münsiflər heyətində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva (Aşıq Samirə) da yer alıb.
Xatırladaq ki, 40-dan çox ölkədən ifaçıların qatıldığı festival Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşib.
Festival çərçivəsində II Türk Dünyası Mədəniyyət Forumu və “Yeni Özbəkistanda baxşı sənəti: müasir tədqiqatlar və perspektivlər” adlı beynəlxalq elmi konfrans da keçirilib.
12:29 29.04.2025
Oxunuş sayı: 868