Sergey Lavrov və Marko Rubio arasında telefon danışığı baş tutub

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ senatoru Marko Rubio arasında telefon danışığı baş tutub.
Crossmedia.az Rusiya XİN-ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri və Ukrayna böhranını müzakirə ediblər. Baş diplomatlar 25 aprel tarixində Moskvada baş tutan Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın xüsusi nümayəndəsi Vitkoff arasında keçirilən görüşün nəticələri və gələcək addımlar haqqında da fikir mübadiləsi aparıblar.
16:53 28.04.2025
Oxunuş sayı: 649