İlon Maskın mövqeyi Teslanın satışlarını zərbə altına qoydu

Tesla-nın 2025-ci ilin birinci rübündə avtomobil satışları ötən illə müqayisədə 20 faiz azalıb. Şirkətin xalis gəliri və ümumi gəliri analitiklərin proqnozlarından aşağı olub.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, zərərlə nəticələnən rübə səbəb kimi, Tesla-nın CEO-su İlon Maskın siyasətə qarışması fonunda tələbin azalması və zavodların yeni modellərə uyğunlaşdırılması göstərilir. Makroiqtisadi qeyri-müəyyənlik də satışlara mənfi təsir edib.
Zəif göstəricilərə baxmayaraq, Teslanın səhmləri Donald Trampın FED rəhbəri Cerom Paueli vəzifədən azad etməyəcəyinə dair açıqlamasından sonra ümumi bazar mitinqi fonunda 5%-dən çox bahalaşıb. Lakin ilin əvvəlindən bu yana Tesla səhmləri 34 faiz dəyər itirərək “Möhtəşəm Yeddilik” texnologiya şirkətləri arasında ən zəif nəticə göstərən şirkət olub.
Zəhra Ağayeva
18:08 23.04.2025
Oxunuş sayı: 847