Ukraynada avtobusa PUA zərbəsi: 9 ölü

Ukraynanın Dnepropetrovsk vilayətinin cənub-mərkəzi Marhanets şəhərində Rusiya tərəfindən həyata keçirilən PUA hücumu nəticəsində işçiləri daşıyan avtobus vurulub. Hadisə, Rusiya işğalı altında olan Zaporojjya Atom Elektrik Stansiyasının Dnepr çayının o tayında baş verib.
Crossmedia.az BBC agentliyinə istinadla xəbər verir ki,Vilayət rəhbəri Serhiy Lysak hücum nəticəsində azı 30 nəfərin yaralandığını bildirərək, "qurbanların sayı durmadan artır" deyib.
Bu hücum, eyni gün Londonda Rusiya və Ukrayna arasında atəşkəsin təmin edilməsinə yönəlmiş danışıqların zəiflədiyi bir vaxta təsadüf edir. ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff danışıqlarda iştirak etməyəcəklərini açıqlayıblar. ABŞ tərəfi bu görüşləri daha çox "texniki səviyyədə müzakirələr" kimi qiymətləndirir.
Nigar Rəhimova
17:15 23.04.2025
Oxunuş sayı: 672