Almaniyanın yeni kansleri Fridrix Merz: Avropada “yeni şerif” nələri dəyişəcək?

Fridrix Merzin Almaniyanın yeni kansleri seçilməsi ilə Avropa İttifaqında və Berlin-Brüssel münasibətlərində yeni mərhələnin başlandığı deyilir. Təhlükəsizlikdən tutmuş miqrasiyaya qədər bir çox sahədə ciddi dəyişikliklər gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Xristian Demokratlar Partiyasının (CDU) lideri Fridrix Merz 6 mayda Almaniyanın yeni kansleri seçiləcək. Bu dəyişiklik, son illərdə Aİ-nin əsas ölkələrindən biri olan Almaniyada müşahidə olunan passiv siyasətə son qoymaq məqsədi daşıyır. Merz, çıxışlarında Avropanın təhlükəsizliyi üçün daha sərt mövqelər tutacağını vurğulayıb.
Mərz ilk olaraq, Almaniyanın Ukraynaya daha güclü dəstək verməsi ehtimalını gündəmə gətirib. O, uzunmənzilli Taurus raketlərinin göndərilməsi məsələsini müzakirəyə açıb və bu istiqamətdə Fransa və İngiltərə ilə koordinasiyalı şəkildə hərəkət edəcəyini deyib. Müttəfiq ölkələr bu yanaşmanı müsbət qarşılayıb.
Digər bir mühüm məsələ isə immiqrasiya siyasətidir. Yeni koalisiya rədd edilmiş sığınacaq müraciətçilərinin deportasiyasını sürətləndirməyə və “geri qaytarma” siyasətini gücləndirməyə çalışacaq. Dublin Qaydasının tətbiqi və sərhəd nəzarətinin müvəqqəti olaraq bərpa edilməsi də gündəmdədir.
Zəhra Ağayeva
16:53 23.04.2025
Oxunuş sayı: 568