Kaya Kallas: Krım – Ukraynadır

Avropa İttifaqının baş diplomatı Kaya Kallas ABŞ-nin prezidenti Donald Trampı sərt şəkildə tənqid edib. Crossmedia.az qeyd edir ki,o,bildirib ki, ABŞ-nin Rusiyaya təzyiq göstərmək üçün əlində real alətləri var, lakin bu imkanlardan istifadə etməyib:
“Əgər onlar bu alətlərə sahib olduqları halda geri çəkilirlərsə, mənim üçün böyük sual yaranır: Niyə?”
Həmçinin Kallas əlavə edib ki, sülh razılaşması çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması Vaşinqton üçün böyük səhv olardı. Onun sözlərinə görə, Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqını heç vaxt tanımayacaq.
Fidan Xəlilova
14:22 23.04.2025
Oxunuş sayı: 746