Xavaca Asif: "Pakistanın terrorla heç bir əlaqəsi yoxdur"

Pakistanın Müdafiə Naziri Asif Muhammed Xavaca Hindistanın Pahalqam bölgəsində baş verən hadisə ilə bağlı ölkəsinin adının hallanmasına münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Nazir Pakistanın terrorla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
“Pakistanın Pahalqam hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Biz dünyanın heç bir yerində terroru dəstəkləmirik. Pakistanı ittiham etmək asandır, lakin əlimizdə olan sübutlar Hindistanın Bəlucistanda terror fəaliyyətlərini dəstəklədiyini göstərir”, – deyə Xavaca Asif qeyd edib.
Nazirin bu bəyanatı Hindistan-Pakistan münasibətlərində gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir. Rəsmi İslamabad, bölgədəki sabitliyin qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli mövqe sərgiləməyə çağırır.
02:28 23.04.2025
Oxunuş sayı: 597