Tesla ucuz elektrikli avtomobilin buraxılışını təxirə saldı

Tesla daha əlçatan qiymətə elektrikli avtomobilin təqdimatını bir neçə ay gecikdirib. Şirkətin planlaşdırdığı yeni model – sadələşdirilmiş Model Y versiyası – 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlinə qədər bazara çıxmaya bilər. Əvvəllər bu avtomobilin 2024-cü ilin ilk yarısında təqdim olunacağı bildirilirdi.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təxirə salınma Tesla-nın qlobal satışlarındakı azalma fonunda baş verir. Şirkətin satışlarının aşağı düşməsi, avtomobil çeşidlərinin köhnəlməsi, İlon Mask-ın sağçı siyasi mövqeyi və ABŞ hökumətindəki fəaliyyəti, eləcə də Cybertruck modelinin zəif performansı ilə əlaqələndirilir.
Xatırladaq ki, Tesla-nın rəhbəri İlon Mask 2020-ci ildə keçirilən “Battery Day” tədbirində 25,000 dollarlıq yeni Tesla modeli ideyasını irəli sürmüşdü. Şirkət bu model üçün 50% daha ucuz başa gələcək yeni bir platforma üzərində işləyirdi. Yeni avtomobil qeyri-rəsmi olaraq “Model 2” adlandırılırdı və həmçinin Tesla-nın robotaksi layihəsinin də əsasını təşkil etməli idi.
Lakin son məlumatlara görə, Elon Musk bu yeni platforma üzərində idarə edilə bilən avtomobil istehsalı ideyasını ləğv edib. Bunun əvəzinə, şirkət diqqətini daha ucuz Model Y və Model 3 versiyalarının hazırlanmasına yönəldib.
Zeynəb Yunuszadə
17:53 22.04.2025
Oxunuş sayı: 895