Peskov: Ukrayna danışıqlar üçün hüquqi maneələri aradan qaldırmalıdır

"Əgər Ukrayna istəkli və açıqdırsa, Kiyev Rusiya ilə danışıqlara maneələri hüquqi cəhətdən aradan qaldıracaq addımlar atmalıdır".
Crossmedia.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Putinin Moskvanın danışıqlara hazır olduğunu dəfələrlə bəyan etdiyini vurğulayıb.
"Prezidentin mülki hədəflərə zərbələrə moratoriumun müzakirəsi ilə bağlı dünənki sözləri bu hazırlığın növbəti dəfə təkrarıdır", - deyə o qeyd edib.
15:56 22.04.2025
Oxunuş sayı: 908