WSJ: Nordiklər Avropanın ən vahid regional ordusunu qurur

Nordiklər sakitcə Avropanın ən vahid regional ordusunu qurur.
Crossmedia.az xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.
Məlumata görə, Finlandiya 280.000 əsgəri tez səfərbər edə bilər. İsveç isə yüksək səviyyəli tanklar və döyüş təyyarələri istehsal edir. Həmçinin, NATO-nun müşahidə əməliyyatlarında iştirak edir. Danimarka da ABŞ-yə inamsızlıq ucbatından müdafiə xərclərini 70% artırıb. Eyni zamanda, Norveç Ukraynaya yardımını ikiqat artırıb. Donald Trampın rəhbərlik etdiyi ABŞ-yə inamsızlığın artması ilə Şimali Avropa ölkələr B Planını hazırlayır: NATO ilə və ya NATO olmadan özlərini müdafiə etmək.
Qeyd edək ki, bu ölkələr 2023-cü ildə Birgə Nordic Hava Komandanlığını yaradıb və 2030-cu ilə qədər “Nordefco” altında müdafiə inteqrasiyası üçün yol xəritəsi hazırlayıblar.
Nəzrin Salmanova
09:36 22.04.2025
Oxunuş sayı: 800