KİV: BRICS güclənir, Türkiyəyə ehtiyac hiss edir

2025 – ci il Münhen Təhlükəsizlik Konfransının hesabatı BRICS ölkələrinin yeni çox qütblü dünya nizamında artan rolunu vurğuladı. Məruzədə BRICS-in iqtisadi və siyasi gücü qeyd olunub. Xüsusilə Çin, Hindistan və Braziliyanın alternativ güc mərkəzləri olaraq qlobal təsiri açıq şəkildə ifadə edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, siyasətçilər BRICS ölkələrinin Türkiyəni müttəfiq kimi daha çox qəbul etdiyini, NATO ilə müqayisədə bu ölkələrdə müttəfiqlik anlayışının daha yüksək olduğunu bildirirlər. Bu, Ankaranın BRICS ölkələri ilə daha sıx əməkdaşlıq perspektivini gündəmə gətirir.
Xatırladaq ki, BRICS 2006-cı ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Ötən ilin avqustunda Azərbaycan təşkilata üvzlük üçün müraciət edib.
Nigar Rəhimova
21:10 21.04.2025
Oxunuş sayı: 864