İlon Mask ABŞ administrasiyasından ayrılmağa hazırlaşır

ABŞ hökumətində işin səmərəliliyini artırmaqla məşğul olan DOGE qurumuna nəzarət edən milyarder İlon Mask administrasiyadan ayrılmağa hazırlaşır. Mask solçü siyasi qüvvələrin daimi hücumlarından bezdiyini bildirib.
Maskın vəzifədən ayrılacağı dəqiq tarix hələ açıqlanmasa da, onun xüsusi dövlət qulluqçusu statusunun may ayının sonunda başa çatacağı gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Mask artıq “solçu siyasətçilərin etikadan kənar və xoşagəlməz hücumlarına dözmək istəmir”.
Eyni zamanda mənbə qeyd edib ki, Mask özünün DOGE-dən ayrılmasının qurumun fəaliyyətinə mənfi təsir etməyəcəyinə inanır, çünki artıq strukturun işi qaydasına salınıb
Zəhra Ağayeva
20:25 21.04.2025
Oxunuş sayı: 881