İraq deputatları Suriya liderinin Ərəb Liqası sammitində iştirakına mane olmağa çalışır

Bağdadda bir qrup şiə deputatı Suriya prezidenti Əhməd əş-Şəraa-nın 17 may tarixində keçiriləcək Ərəb Dövlətləri Liqasının sammitində iştirakına qadağa qoyulması üçün parlamentdə qətnamə qəbul etdirilməsi məqsədilə imza toplama təşəbbüsü ilə çıxış edib.
Crossmedia.az bildirir ki,bu təşəbbüs, bəzi İraq siyasi qüvvələrinin təzyiqləri fonunda səsləndirilib. Onlar Əhməd əş-Şəraa-nın keçmiş siyasi fəaliyyətindən istifadə edərək onun əleyhinə kampaniya aparmağa çalışırlar. Halbuki o, hazırda diktaturadan azad olmuş yeni Suriyanın simvolu kimi təqdim olunur.
Fidan Xəlilova
18:40 21.04.2025
Oxunuş sayı: 664